Hadisə

Bakı-Moskva sərnişin təyyarəsi məcburi eniş edib

Bakı aeroportundan qalxan təyyarə bir qədər sonra geri qayıdıb.

· Xəbərçi
Bakı-Moskva sərnişin təyyarəsi məcburi eniş edib
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Moskva (Domodedovo) marşrutu üzrə istiqamət alan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, təyyarə Bakıdan yerli vaxtla saat 12:55-də uçub, lakin sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən paytaxta qayıdıb.

Aeroportdan deyiblər ki, təyyarə yaxın vaxtlarda Moskvaya uçmalıdır.

Şərhlər