Hadisə

Bakı metrosunda kütləvi dava

Dava metrosnun “İçərişəhər” stansiyasında olub.

· Xəbərçi
Bakı metrosunda kütləvi dava
Bakı metropolitenində gənclər dava edib. ANS PRESS-in milli.az-a isitnadən verdiyi məlumata görə, dava metrosnun “İçərişəhər” stansiyasında baş verib.

Belə ki, 17-20 yaş arasında olan gənclər arasında mübahisə yumruq davasına keçib. Gənclərin davasına ətrafda olan insanlar müdaxilə ediblər. Gənclər qatardan düşürdülüb.

Məsələyə aydınlıq gətirmək üçün metropoliteni polisi ilə əlaqə saxladıq. Metro polis rəis müavini Kamal Şirinovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə onlara heç bir məlumat daxil olmayıb.

“Yox, bu barədə bizdə heç bir məlumat yoxdu. Metroda dava olmayıb”, - deyə Kamal Şirinov vurğulayıb.

Şərhlər