Hadisə

Bakı Metropolitenində intihar hadisəsi baş verib

Orta yaşlı qadın özünü qatarın altına ataraq intihar edib

· Xəbərçi
Bakı Metropolitenində intihar hadisəsi baş verib
Bakı Metropolitenində intihar hadisəsi baş verib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən məlumat verilib.

Hadisə bu gün axşam saat 10:30 radələrində Bakı Metropoliteninin Məşədi Əzizbəyov metro stansiyasında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan, orta yaşlı qadın özünü qatarın altına ataraq intihar edib.

Hazırda hadisə yerində Nizami rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.ANSPRESS

Şərhlər