Bahar Muradova: “Azərbaycan vaxtı gələndə Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciə
21 Dekabr 2011 Çərşənbə 12:38
“Gələn il bir neçə ölkənin parlamentində Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarın qəbulu gözlənilir.
 Gələn il bir neçə ölkənin parlamentində Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarın qəbulu gözlənilir. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Artıq bu istiqamətdə işlərin aparıldığın vurğulayan B. Muradovanın sözlərinə görə, sonuncu dəfə Meksika parlamentində qəbul edilmiş qərar Azərbaycanın parlament diplomatiyasının uğurudur.

B. Muradova qeyd edib ki, Dağlıq Qarabağla bağlı 2011-ci ilin əvvəlindən başlayan müsbət tendensiyalar sonradan uğursuzluqla nəticələnib: “Buna baxmayaraq, 2011-ci il bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin ən çox müzakirə olunduğu il kimi yadda qalıb”.

B. Muradovanın sözlərinə görə, münaqişənin həllində müsbət nəticə əldə olunmasa da, onun dünya gündəmini bu cür məşğul etməsinin özü bir irəliləyişdir.

“Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi bu problemlə bağlı müxtəlif qətnamələr, ayrı-ayrı ölkələrin parlamentləri Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirlər”, - deyə B. Muradova bildirib.

Vitse-spiker onu da vurğulayıb ki, Xocalın soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün hüquqi prosedurlar var: “Zamanında Azərbaycan bundan istifadə edərək beynəlxalq məhkəmələrə müraciət edəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar