Hadisə

Bağdadın ticarət rayonunda partlayış törədilib

Partlayıcı quraşdırılmış avtomobil mağazalardan birinin qarşısında partlayıb

· Xəbərçi
Bağdadın ticarət rayonunda partlayış törədilib
İraq paytaxtının ticarət rayonunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 20 adam yaralanıb. Terror aktı polis məntəqəsinin yaxınlığında, yeyinti məhsulları mağazaları və ət dükanlarının yerləşdiyi küçədə törədilib. Yerli polisdən bildirilib ki, partlayıcı quraşdırılmış avtomobil mağazalardan birinin qarşısında partlayıb.

Xatırladaq ki, üç gün əvvəl Bağdadın qərbindəki məscidlərdən birində də partlayış törədilmişdi. Həmin hadisə nəticəsində 28 nəfər ölmüş, 37 adam yaralanmışdı.

Şərhlər