Hadisə

Babək prospektində yol-nəqliyyat hadisəsi

22 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb

· Xəbərçi
Babək prospektində yol-nəqliyyat hadisəsi
Ötən gecə Nizami rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Babək prospekti ilə yüksək sürətlə hərəkət edən “Vaz 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəzaya üğrayıb. Nəticədə avtomobil yarasız vəziyyətdə düşüb. Avtomobilin sürücüsü 22 yaşlı Salahov Böyükişi Şahin oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxananın Taksikologiya şöbəsindən verilən məlumata görə, sürücüdə müxtəlif xəsarətlərlə yanaşı sərxoşluq vəziyyəti də müəyyən edilib. Amma sürücünün xəsarətlərəi yüngül olduğu üçün o ambulator müalicəsini davam etdirməsi şərti ilə evə buraxılıb.

Şahidlər qəzanın yüksək sürət, sürücünün sərxoşluğu və əlverişsiz hava şəraiti səbəbindən baş verdiyini deyib.

Hadisənin baş verdiyi əraziyə Nizami rayon polis idarəsi və yol şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Qəzanın baş verməsinin dəqiq səbələrin müəyyən etmək üçün artıq müvafiq ekspertiazalar da təyin olunub.

Şərhlər