Azərbaycanlı silahlı insident törədib
06 Dekabr 2010 Bazar Ertəsi 17:00
Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində (Şərqi Gürcüstan) yanacaqdoldurma məntəqəsində silahlı insident baş verib. ANS PRESS-in “Qruziya Online”yə istinadən verdiyi xəbərə görə, insident 26 yaşlı azərbaycanlının YDM işçilərinin onun maşınına benzin doldurmaqdan imtina etmələrinə cavab olaraq stansiya əməkdaşlarına atəş açması nəticəsində baş verib.

Atəş açan şəxs artıq polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, avtomobil sürücüsü sərxoş vəziyyətdə olub. O, sözügedən məntəqəyə obyekt bağlananda gəlib və maşınına benzin vurdurmaq istədiyini bildirib. Rədd cavabı alan kişi oranı tərk edib, lakin bir qədər sonra isə o artıq avtomat silahı ilə qayıdıb. O, məntəqə əməkdaşlarına atəş açmağa başlayıb və nəticədə üç nəfər ölüb, stansiyanın bir əməkdaşı isə ağır yaralanıb. Daha sonra o hadisə yerindən uzaqlaşıb və tezliklə axtarışa verilib. Bir neçə saatdan sonra isə saxlanılıb.

Hazırda yerli sakinlər əmin olduqlarını bildirirlər ki, bu hadisədə hüquq-mühafizə orqanları əməkdaşlarının da günahı var və cinayətkarın cəzalandırılacağına şübhə ilə yanaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar