Qurban bayramı günü – 16 noyabr tarixində səhər saat 8 radələrində Rusiyada Azərbaycan vətəndaşı olan iş adamı bıçaqlanaraq qətlə yetirilib. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, hadisə federasiyanın Severodvinks şəhərində baş verib.
Azərbaycan vətəndaşı evinin qarşısında saxladığı maşınına doğru gedərkən iki nəfər naməlum şəxs ona yaxınlaşaraq, 17 bıçaq xəsarəti yetirib.
Qeyd edək ki, 34 yaşlı azərbaycanlı sahibkar Severodvinskdə müvəqqəti qeydiyyat əsasında yaşayırmış. Şahidlərin sözlərinə görə, o, oğlunun gözü qarşısında bıçaqlanıb. Təcili yardım maşını gəlincə isə dünyasını dəyişib.
Azərbaycanlı iş adamı qətlə yetirilib
34 yaşlı sahibkara 17 bıçaq xəsarəti yetirib




Şərhlər