Azərbaycanlı həkim tələbələrinə qarşı seksual hərəkətlər etməkdə ittiham edilir
11 İyul 2012 Çərşənbə 20:26
Azərbaycanlı həkim bununla bağlı polis tərəfindən dindirilir.
Türkiyənin İzmir şəhərində yerləşən Egey Universiteti Tibb Fakültəsinin Uşaq Xəstəxanasında işləyən 29 yaşlı azərbaycan əsilli həkim G.A polis tərəfindən saxlanılıb. O, 3 qız tələbəsinə qarşı seksual xarakterli hərəkətlər etməkdə günahlandırılır. O, bununla bağlı polis tərəfindən dindirilməyə başlanılıb.
İddiaya görə, o, dünən saat 20 radələrində Nüvə Elmləri İnstitutu yaxınlığında ünvan soruşmaq bəhanəsi ilə saxladığı bir qıza cinsi orqanını göstərib. Qız qaçaraq onun yanından uzaqlaşıb. Sonradan isə qız ərazidəki təhlükəsizlik işçilərinə hadisə barədə məlumat verib.
Bir müddət sonra daha iki qız tələbə də eyni şikayətlə polisə müraciət edib. 22 və 24 yaşlarında olan qızların şikayətinə əsasən təhlükəsizlik əməkdaşları həmin şəxsin axtarışlarına başlayıb. Nəhayət ki, ələ keçən həkim polis mərkəzinə aparılıb. Polis mərkəzində qızlar öz şikayətlərini təsdiq ediblər. Azərbaycanlı həkim isə ona qarşı irəli sürülən ittihamları rədd edib. Evli və bir uşaq atası olan həkimin işinə istintaq yekunlaşandan sonra məhkəmədə baxılacaq.
DOSTLARINLA PAYLAŞ: