Hadisə

Azərbaycanlı deputatın ailəsində faciə yaşandı

İranda baş verən yol qəzasında Allahverdi Dehqanın həyat yoldaşı və iki övladı həlak olub.

· Xəbərçi
Azərbaycanlı deputatın ailəsində faciə yaşandı
İranın Şərqi Azərbaycan vilayətinin Qaradağ mahalının Vərzigan şəhərindən ölkə parlamentinə seçilmiş azərbaycanlı deputat Allahverdi Dehqan avtomobil qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə noyabrın 21-də axşam saatlarında Zəncan-Təbriz yolunda baş verib. Qəza nəticəsində millət vəkilinin həyat yoldaşı, 15 yaşlı qızı və 12 yaşlı oğlu hadisə yerindəcə keçiniblər. A. Dehqan avtomobilini özü idarə edirmiş. Millət vəkilinin və 2 yaşlı oğlunun isə qəzada ağır yaralandığı bildirilir. Hər iki yaralı komada vəziyyətindədir, onlardan birinin vəziyyəti ağırdır.

Şərhlər