Hadisə

Azərbaycanın Ucar rayonunda beş maşın toqquşub, çoxlu sayda yaralı var

Azərbaycanın Ucar rayonunda ağır yol qəzası baş verib.

· Xəbərçi
Azərbaycanın Ucar rayonunda beş maşın toqquşub, çoxlu sayda yaralı var
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün saat 12.00 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Beş avtomobilin toqquşması ilə nəticələnən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində araşdırma aparılır.

Şərhlər