Azərbaycanda uşaq bağçası yandı
Bağçanın 1 otağı yanaraq kül olub
Siyəzən şəhərindəki 2 saylı uşaq bağçasında yanğın olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bağçanın ərazisində yerləşən birmərtəbəli, 8 otaqlı yardımçı binada baş verib. Yanğın nəticəsində otaqların biri əşyaları ilə birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.




Şərhlər