Azərbaycanda təlim zamanı bir əsgər həlak olub
13 İyul 2012 Cümə 11:17
Daha bir əsgər isə hospitala yerləşdirilib.
Azərbaycan Ordusunda daha bir silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb.
Təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, digər əsgər Surət Məmmədov isə yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib.
Hadisə zamanı dünyasını dəyişən Ə. Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
DOSTLARINLA PAYLAŞ: