Azərbaycanda televizor partladı, qadın öldü
06 Fevral 2014 Cümə Axşamı 13:14
Şirvanda televizorun partlaması nəticəsində bir nəfər dünyasını dəyişib.
Ötən gün Şirvanda televizorun partlaması nəticəsində bir nəfər ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə axşam saatlarında baş verib.
Belə ki, Ruqiyyə Həsənovanın yataqxanada yaşadığı otaqda televizor partlayıb. Nəticəsində yataqxanada yanğın baş verib.
Hadisə nəticəsində R.Həsənova tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
DOSTLARINLA PAYLAŞ: