Azərbaycanda "Süleymançılar" dini təriqətini yayan şəxslər həbs edilb
29 Aprel 2010 Cümə Axşamı 18:55
Azərbaycanda "Süleymançılar" dini təriqətini yayan şəxslər həbs edilb. 4 nəfər Türkiyə vətəndaşı saxlanılıb.
Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan Türkiyə vətəndaşları saxlanıb. Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsi və Gəncə şəhər Polis İdarəsinin Nizami rayon polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyat zamanı, Türkiyə Respublikasının vətəndaşları - 1987-ci il təvəllüdlü Orxan Fuat İbrahimcan, 1945-ci il təvəllüdlü Sami Mehdi Mustafa, 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin tutulublar.

Saxlanılan şəxslərdən ikisi - 1987-ci il təvəllüdlü Mehmet Bostan Osman və 1988-ci il təvəllüdlü Mustafa Hasar Nizaməddin Gəncə Dövlət Universitetinin tələbələridir.

Araşdırmalar zamanı saxlanılan şəxslərin Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində yerləşən 26 saylı mənzildə müvafiq dövlət qeydiyyatından keçmədən “Süleymançılar” dini təriqətinin qanunsuz təbliğatı ilə məşğul olduqları müəyyənləşib.

Əməliyyat zamanı həmin ünvandan “Süleymançılar” dini təriqətini təbliğ edən 35 ədəd müxtəlif dini ədəbiyyat və 5 ədəd noutbuk götürülüb.

Hazırda faktla bağlı Nizami rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar