Azərbaycanda sex yanıb, yaralananlar var
15 Noyabr 2012 Cümə Axşamı 10:35
Hadisə Biləsuvar rayonundakı cücə sexində baş verib
Biləsuvar rayonu, Təzəkənd kəndində cücə sexi yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 1260 kv.m olan dəmir konstruksiyalardan ibarət cücə sexinin pasetik paneldən ibarət üzlüyü yanıb. Sexin içərisində olan çoxsayda cücə tələf olub. Yanğın zamanı sexdə olan iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Sexin içərisində olan 6 ədəd 20 litrlik qaz balonu yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
DOSTLARINLA PAYLAŞ: