Hadisə

Azərbaycanda sərnişin avtobusu qəza törədib, ölən var

Hadisə Şirvan rayonu ilə Sabirabadı birləşdirən körpünün üzərində qeydə alınıb.

· Xəbərçi
Azərbaycanda sərnişin avtobusu qəza törədib, ölən var
Azərbaycanda sərnişin avtobusu qəza törədib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şirvan rayonu ilə Sabirabadı birləşdirən körpünün üzərində qeydə alınıb. Kür çayı üzərində yerləşən körpüdə “Ford” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ-2107”nin sürücüsü, 70 yaşlı Tofiq Cümşüdov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər