Azərbaycanda sel: 18 nəfər köməksiz vəziyyətdə qaldı
09 May 2012 Çərşənbə 02:34
Xilasedicilər çətin vəziyyət olan adamları xilas etmək üçün əməliyyat keçiriblər.
Şamaxıda sel 18 nəfəri köməksiz vəziyyətdə qoyub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində 9 avtomobil və 18 sərnişinin köməksiz vəziyyətdə yolda qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 18 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat ötən gün saat 22:15 də başa çatıb.
DOSTLARINLA PAYLAŞ: