Azərbaycanda qaya uçqunu evlərə zərər vurdu
14 Aprel 2012 Şənbə 10:21
FHN komissiyası hadisə yerində vətəndaşlara dəyən zərəri öyrənir
Bu gecə saat 22:30 radələrində Daşkəsənin Bayan kəndində qaya uçqunu baş verub. Hadisə nəticəsində kəndin iki evinə zərər dəyib. Ən çox zərər çəkən kənd sakini Vidadi Rəsulova məxsus evdir. Qaya onun evinin bir divarını dağıdıb. İkinci evin isə həyətinə zərər dəyib.
Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin ANS PRESS-in Gəncə bürosuna verdiyi məlumata görə, hadisə torpaq sürüşməsi kimi səciyyələndirilə bilməz. Bu sadəcə qaya uçqunudur. Hazırda FHN komissiyası hadisə yerində işləyir. Vətəndaşlara dəyən zərər öyrənilir.
DOSTLARINLA PAYLAŞ: