Hadisə

Azərbaycanda qadın ərini ürəyindən bıçaqladı

Qətlə səbəb ailədaxili münaqişə olub

· Xəbərçi
Azərbaycanda qadın ərini ürəyindən bıçaqladı
Gədəbəy rayonunda qətl hadisəsi baş verib. Rayonunda gənc qadın ərini qətlə yetirib. Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, Düzyurd kəndində 27 yaşlı Naibə Sabir qızı Quliyeva əri, 30 yaşlı Maksim Bayram oğlu Axundovu bıçaqla öldürüb. O bıçağı ərinin ürəyinə sancıb. Hadisə ailədaxili münaqişələr zəmnində baş verib. Qadın polis tərəfindən saxlanılıb.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər