Hadisə

Azərbaycanda müəllimə özünü asıb

Azərbaycanın Goranboy rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Goranboy rayon Prokurorluğundan bildirilib.

· Xəbərçi
Azərbaycanda müəllimə özünü asıb
Hadisə iyunun 2-dən 3-ə keçən gecə rayonun Borsunlu kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Təhminə Musayeva yaşadığı evin həyətində tut ağacından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun orta məktəb müəlliməsi olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. ANSPRESS

Şərhlər