Azərbaycanda məktəb yandı
Hadisə onikiotaqlı kənd orta məktəbində baş verib.
Bu gün səhər saatlarında Astara rayonunda məktəb yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Şuvi kəndində (rayon mərkəzindən 18 km aralı) kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 400 kv.m olan birmərtəbəli onikiotaqlı kənd orta məktəbində baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Şərhlər