Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən məhbus ölüb. Penitensiar Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, Elman İsmayıl oğlu Əliyevin ölümünə səbəb xəstəliyi olub. Fevralın 28-də cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülən xəstə cərrahiyyə şöbəsində dünyasını dəyişib.
Məlumata görə, Astara rayon sakini, 47 yaşlı E.Əliyev AR CM-nin 234.3-cü maddəsi (narkotik vasitələrinin qanunsuz hazırlanması, emalı, daşınması və satışı) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilibmiş.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda məhbus xəstəlikdən öldü
47 yaşlı məhbus cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsində dünyasını dəyişib




Şərhlər