Hadisə

Azərbaycanda körpə 5-ci mərtəbədən yıxılaraq sağ qaldı

Şahidlər uşağın ayağının sındığını bildirirlər.

· Xəbərçi
Azərbaycanda körpə 5-ci mərtəbədən yıxılaraq sağ qaldı
Bakı Sumqayıt yolunda, Novxanı şossesi ərazisində "Gənclər şəhərciyi"ndə 2 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb. Qonşuların ANS PRESS-ə verdiyi məlumata görə, körpə valideynlərinin nəzarətindən yayınaraq binanın pəncərəsindən yıxılıb.

Şahidlərin sözlərinə görə, 2 yaşlı körpə sağ qalsa da, sol ayağı sınıb. Hal-hazırda onun 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirildiyi bildirilir.

Şərhlər