Hadisə

Azərbaycanda hərbi maşın aşıb

Maşının aşması nəticəsində 7 nəfər əsgər yaralanıb.

· Xəbərçi
Azərbaycanda hərbi maşın aşıb
Bu gün saat 15:30 radələrində Quba-Xınalıq yolunun 38 km-də Qiriz Dəhnə kəndi ərazisində hərbi hissəyə məxsus maşın aşıb. Qəza nəticəsində 7 əsgərin xəsarət aldığı bildirilir.

Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə 3 əsgərin gətirildiyi təsdiqlənib. Belə ki, onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Hərbçilərin təlimdən qayıtdığı zaman qəzaya uğradığı qeyd olunur. Araşdırmalar davam edir.

Şərhlər