Hadisə

Azərbaycanda həbsdən yeni çıxmış şəxslər arasında dava düşüb, ölən var

Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

· Xəbərçi
Azərbaycanda həbsdən yeni çıxmış şəxslər arasında dava düşüb, ölən var
Bakı şəhər sakini Mehman Mirzəyev münaqişə zəminində tanışı, 38 yaşlı Elxan Piri oğlu İbadovu yaşadığı evin qarşısında bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Mirzəyev saxlanılıb.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslərin hər ikisi məhkumluq həyatı yaşayıb. Onlar bir neçə gün əvvəl azadlığa çıxıblar. Keçmiş məhkumların aralarında baş vermiş mübahisəyə isə söyüş səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər