Hadisə

Azərbaycanda ev partladı

Beyləqanda baş verən hadisəyə səbəb qaz balonunun partlaması olub.

· Xəbərçi
Azərbaycanda ev partladı
Ötən gün saat 23.20 radələrində Beyləqan rayonunun Günəşli kəndində evlərin birində partlayış olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənd sakini Vaqif Qəhrəmanovun evində məişətdə istifadə olunan qaz balonu partlayıb.

Nəticədə yanıq xəsarətləri alan ev sahibi və 4 nəfərdən ibarət ailə üzvləri xəstəxanaya yerləşdiriliblər.

Şərhlər