Hadisə

Azərbaycanda ev partayıb

Qaz sızması nəticəsində baş verən partlayış zamanı 2 nəfər yaralanıb

· Xəbərçi
Azərbaycanda ev partayıb
Şirvan şəhərində güclü partlayış baş verib. ANS PRESS-in Fövqalədə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib.

Nəticədə, mənzilin eyvanının şüşələri qırılıb. Evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər