Azerbaycanda esger yoldaşını gülleledi
10 Fevral 2014 Bazar Ertəsi 10:40
Hadisenin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Öten gece Azerbaycan Ordusunun esgeri herbçi yoldaşını ehtiyatsızlıq neticesinde gülleleyib. ANS PRESS-in melumatına göre, Müdafie Nazirliyinin “N” saylı herbi hissesinin esgeri 20 yaşlı Zamin Malik oğlu Memmedovun tabeliyindeki avtomat silahdan tehlükesizlik qaydalarının pozulması neticesinde ateş açıb. Açılan ateş neticesinde gülle onun esger yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu ehmedova deyib.

Ayağından gülle yarası alan esger hospitala yerleşdirilib.

Müdafie Nazirliyinin metbuat xidmeti ANS PRESS-e açıqlamasında faktı tesdiqleyib.

Ehtiyatsızlıq neticesinde yaralanan Elnur ehmedov Tovuz rayonundan heqiqi herbi xidmete çağırılıb. Onu vuran esger Zamin Memmedov ise Qubadan çağırılıb. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar