Hadisə

Azərbaycanda doğuş zamanı ana və körpə öldü

Hadisə Zərdabda baş verib.

· Xəbərçi
Azərbaycanda doğuş zamanı ana və körpə öldü
Bu gün Zərdab rayonunda doğuş zamanı ana və körpə dünyasını dəyişib. ANS PRES-in bölgə müxbirinin verdiyi məlumata görə, Zərdab rayon Təzəkənd sakini 1979-cu il təvəllüdlü Vüsalə Cümşid qızı Bəkirova səhər saat 06:00 radələrində Zərdab rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub və saat 09:00 radələrində uşaq dünyaya gətirib. Lakin qadının körpəsi ölü doğulub.
Doğuşdan sonra Vüsalə Bəkirovanın vəziyyəti pisləşib və saat 10:35 radələrində o Ucar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstənin vəziyyəti getdikcə pisləşib və saat 15:05 radələrində Vüsalə Bəkirova dünyasını dəyişib.

İki uşaq anası olan Vüsalə Bəkirovanın və yeni doğulan körpənin ölüm səbəbi bəlli deyil. Meyitin tibbi ekspertizadan sonra ailəsinə qaytarılacağı bildirilir. Ekspertizanın rəyindən sonra ölümün səbəbləri bilinəcək.

Şərhlər