Azərbaycanda dəhşətli yol qəzası bir ailəni məhv etdi
15 İyun 2012 Cümə 10:10
Qəzada bir ailənin iki üzvü ölüb, üçü yaralanıb.
Ötən gün saat 23:30 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı-Qazax yolunun 153-cü kilometrliyində ağır yol qəzası olub. Baş Dövlət Yol Polisindən APA-ya verilən məlumata görə, Göyçay rayon sakini, 1980-ci il təvəllüdlü Məhəmməd Elxan oğlu Abdullayevin idarə etdiyi “Volkswagen Passat” markalı, 90 XJ 338 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü M. Abdullayev zərbədən kənara düşərək avtomobilin altında qalaraq hadisə yerində ölüb. Onun 8 aylıq qızı Mələk Abdullayeva da hadisə zamanı dünyasını dəyişib.

Avtomobildə olan 3 nəfər - sürücünün ailə üzvləri yüngül dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar