Hadisə

Azərbaycanda dəhşətli qəza

Yardımlı rayonu ərazisində “VAZ” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb

· Xəbərçi
Azərbaycanda dəhşətli qəza
Azərbaycanın Yardımlı rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Yardımlı rayonu Gügəvar kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə maşında olan sərnişinlər - 1976-cı il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Hüseynov, 1966-cı il təvəllüdlü İlqar Xaməməd oğlu Hümbətov və 1968-ci il təvəllüdlü Gülşad Qabil oğlu Əliyev hadisə yerində ölüblər. Daha bir nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Şərhlər