Azərbaycanda daha bir məktəbli intihar edib
17 Sentyabr 2012 Bazar Ertəsi 10:00
Azərbaycanda məktəbli özünü öldürüb. Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun 183 saylı orta məktəbin 6-cı sinfində oxuduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bu Azərbaycanda yeni dərs ili ərəfəsində intihar edən ikinci məktəblidir. İki gün əvvəl Tovuz rayonunda 13 yaşlı məktəbli qız da özünü öldürüb.
DOSTLARINLA PAYLAŞ: