Azərbaycanda daha bir azyaşlını maşın vuraraq öldürüb
07 İyul 2012 Şənbə 11:09
Sabirabad rayonunda 7 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, Saatlı rayonu Əhmədbəylik kənd sakini, 1964-cü il təvəllüdlü Süleymanov Cəlil Salman oğlu idarə etdiyi “Toyota” markalı, 90 LC 090 dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Qalaqayın kənd sakini, 7 yaşlı Əliyev Bayram Rövşən oğlunu vurub.

Bayram Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, son günlər ərzində azyaşlı piyadaların vurulması halları artıb. Belə ki, iyulun 5-də Siyəzən rayonunda 6 yaşlı Rəqsanə Məmmədovanı, iyulun 6-da isə İsmayıllı rayonunda 10 yaşlı Humay Dadaşovanı maşın vurub. R. Məmmədova müxtəlif xəsarətlər alsa da, H. Dadaşova qəza nəticəsində ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar