Azərbaycanda bir nəfər günvurmadan ölüb
20 Avqust 2012 Bazar Ertəsi 13:57
Ağdamda bir neçə gündür, müşahidə edilən anomal isti bir nəfərin həyatına son qoyub.
APA-nın Qarabağ bürosunun xəbərinə, Ağdam şəhər sakini, məcburi köçkün kimi Quzanlı qəsəbəsində məskunlaşmış Abbasov İsmayıl Məmi oğlu günvurmadan ölüb.

Günorta saatlarında halı pisləşən orta yaşlı İ. Abbasov qəfildən yıxılıb. O, yerindəcə dünyasını dəyişib. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları gəlib.

Ağdam Rayon Prokurorluğundan İ. Abbasovun günvurmadan öldüyü bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar