Hadisə

Azərbaycanda bir gün ərzində 2 nəfəri “tok” vurub öldürdü

Bədbəxt hadisələrdən biri Masallıda, digəri Tovuzda baş verib.

· Xəbərçi
Azərbaycanda bir gün ərzində 2 nəfəri “tok” vurub öldürdü
Ötən gün Azərbaycanda müxtəlif yerlərdə 2 nəfəri elektrik cərəyanı vurub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Masallı rayonu Digah kəndi ərazisində, rayon sakini Şəhrud Əliyevi balıq tutarkən elektrik cərəyanı vurub. Nəticədə Şəhrud Əliyev dünyasını dəyişib.

Bundan başqa, Tovuz rayonunda, Qovlar Dəmir Yolu Stansiyası ərazisində 14 yaşlı Eyyub Abbasov bədbəxt hadisə ilə üzləşib. Yeniyetmə oğlan qatarın damına çıxıb və burada onu elektrik cərəyanı vurub. E.Abbasov hadisə yerində ölüb.

Şərhlər