APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 13-də Qobustan rayonu ərazisində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, püskürmədən öncə həmin ərazidə partlayış səsi eşidilib, palçıq brekçiyası püskürüb, sonra isə alov görünüb.
Alovun hündürlüyü 50 m-dən yüksək olub. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə FHN-in mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə göndərilib. Vulkan ətrafında mövcud olan bəzi sobkalarda palçıq axını müşahidə olunur.
Vulkan püskürməsi kənd əhalisi üçün təhlükə törətmir.
Mütəxəssislər araşdırmaları davam etdirirlər.
Azərbaycanda baş verən vulkan püskürməsinin görüntüləri
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda qeydə alınan vulkan püskürməsinin foto-görüntülərini yayıb.




Şərhlər