Hadisə

Azərbaycanda at velosipedçini vuraraq öldürdü

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

· Xəbərçi
Azərbaycanda at velosipedçini vuraraq öldürdü
Zaqatala rayonunda at velosipedçini vuraraq öldürüb. Zaqatala rayon Polis Şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Danaçı kəndi ərazisində qeydə alınıb.

1964-cü il təvəllüdlü, Danaçı kənd sakini Şaban Məmmədəli oğlu Atayev velosipedlə hərəkətdə olarkən qarşı tərəfdən gələn at onu vurub. Atın zərbəsindən müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi Şaban Atayev hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər