Hadisə

Azərbaycanda 3 yaşlı uşaq faciəli şəkildə həlak olub

O, xəstəxanaya aparılarkən dünyasını dəyişib

· Xəbərçi
Azərbaycanda 3 yaşlı uşaq faciəli şəkildə həlak olub
Göyçay rayonunun Çayarxı kənd sakini, 2009-cu il təvəllüdlü Musayev Fəqan Fariz oğlu faciəli şəkildə həlak olub. APA-nın məlumatına görə, ötən axşam saat 21 radələrində Göyçay şəhəri Zeynalabdin Tağıyev 101 ünvanında valideynləri ilə birgə kirayə qaldığı evdə Fəqan Musayevi elektrik vurub. O, Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər