Hadisə

Azərbaycana aid yük maşını Türkiyədə yandı

Yolda başqa bir avtomobilin olmaması daha böyük bir qəzanın qarşısını alıb

· Xəbərçi
Azərbaycana aid yük maşını Türkiyədə yandı
Türkiyənin Samsun vilayətində Azərbaycan dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb. Məlumata görə, məişət avdanlığı ilə yüklü olan “99 BR 828” dövlət nömrə nişanlı maşının arxa təkərində partlayış baş verib. İdarəetməni itirən sürücü magistral yolda avtomobili çətinliklə saxlayıb. Yolda başqa bir avtomobilin olmaması isə daha böyük bir qəzanın qarşısını alıb. Partlayış nəticəsində yük maşınının kuzovunda yanğın meydana gəlib. Qəzanın baş verdiyi yerin yaxınlığında olan yanacaq doldurma məntəqəsinin əməkdaşları yanğın böyümədən alovun qarşısını alıblar.

Şərhlər