Ötən gün zəhərlənmə diaqnozu ilə Zaqataladan Bakıya gətirilən zabitin vəziyyəti normaldır.
Bu barədə ANS PRESS-ə Bakı şəhər Toksikologiya Mərkəzindən verilib.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Rəhimov Əlisahib Əlibakkov oğlunun siçan dərmanından zəhərləndiyi bəlli olub.
Xatırladaq ki, hadisə martın 21-də Zaqatalada yerləşən sərhəd qoşunları N saylı hərbi hissəsində baş verib. Əvvəl 22 yaşlı Rəhimov Əlisahib Əlibakkov oğlu zəhərlənmə diaqnozu ilə Zaqatala xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan onu Bakı şəhər toksikologiya mərkəzinə göndərmişdilər.
Azərbaycan zabiti siçan dərmanından zəhərlənib
Zaqatalada zəhərlənən 22 yaşlı Əlisahib Rəhimovun vəziyyəti yaxşıdır.




Şərhlər