Azərbaycan vətəndaşı olan həyat yoldaşını öldürən Türkiyə vətəndaşı 15 il müddətinə azadlıqdan məhr
16 Fevral 2012 Cümə Axşamı 15:36
Türkiyənin Bursa şəhərində rəsmi nikahsız yaşadığı həyat yoldaşını qətlə yetirmiş şəxsə hökm oxunub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı olan 43 yaşlı Fəzilət Abdullayevanı qətlə yetirmiş Türkiyə vətəndaşı Mustafa Türköz 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabr 20-də 51 yaşlı Mustafa Türköz övladının anasını onu aldatmasından şübhələndiyi üçün öldürüb, sonra isə qaçıb. Prokuror məhkəmədən ona ömürlük cəza verilməsini istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar