Hadisə

Azərbaycan vətəndaşı BƏƏ-də tutuldu

Azərbaycan vətəndaşı dələduzluq və rəsmi sənəd saxtakarlığı ilə axtarışda imiş.

· Xəbərçi
Azərbaycan vətəndaşı BƏƏ-də tutuldu
Birləşmiş Ərəb Əmirliyində Şamsudin Aydəmirov adlı Azərbaycan vətəndaşı həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətduat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, O, DİN-in Baş Cinayət-Axtrarış İdarəsi və İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İki ölkənin hüquq-mühafizə orqanları arasında aparılan danışıqlardan sonra həbs olunan şəxs Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, O, AR CM-nin 178 (Dələduzluq) və 320-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə axtarışda olub.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər