Hadisə

Azərbaycan Texniki Universitetində yanğın başlayıb

Hadisə universitetin II binasında baş verib.

· Xəbərçi
Azərbaycan Texniki Universitetində yanğın başlayıb
Azərbaycan Texniki Universitetində yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 10:10 radələrində universitetin II korpusunun II mərtəbəsində baş verib. Hadisə yerinə adi çağırışla 3 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

Verilən məlumata görə, yanğın qısaqapanma nəticəsində yaranıb.

Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.

Şərhlər