Hadisə

Azərbaycan sahillərində gəmi yanıb

Azərbaycan sahillərində gəmi yanıb. Gəmidəki 16 nəfər xilas edilib.

· Xəbərçi
Azərbaycan sahillərində gəmi yanıb
Bu gecə Azərbaycan Respublikası ərazisində Rusiya bayrağı altında üzən Mahaçqala limanında qeydiyyatda olan "Kaya Kend" gəmisi yanıb. Dövlət Dəniz Adminstrasiyasından ANS TV-yə verilən məlumata görə, hadisə Çilov adasının 4 mil cənubunda baş verib. Güclü yanğınla əlaqədar gəminin kapitanı sos siqnalı verdikdən sonra Dövlət Neft Şirkətinin və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları hadisə yerinə göndərilib. Gecə saat 02 radələrində gəmidəki 16 nəfər xilas edilib. Hazırda gəmi heyəti sahilə çatdırılmaqdadır. Balıqçı gəmisi isə xilas etmə əməliyyatı başa çatdıqdan sonra Bakı limanına gətiriləcək. ANSPRESS

Şərhlər