Hadisə

Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın başlayıb

Bakının Binəqədi rayonu ərazisində qaçqınların məskunlaşdığı binada güclü yanğın başlayıb.

· Xəbərçi
Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın başlayıb
APA-nın məlumatına görə, yanğın hadisəsi rayonun 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyası üçün inşa olunan yarımtikilidə baş verib. İki saylı çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, ilkin olaraq yanğın baş verən yerdən 24 yaşlı Hüseynova soyadlı qadının xəsarət almış halda çıxarılıb.

Həkimlər onun dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparıblar.

Şərhlər