Hadisə

Azərbaycan Ordusunun zabiti ölüb

Hərbçi ürək və ağciyər çatışmazlığından vəfat edib.

· Xəbərçi
Azərbaycan Ordusunun zabiti ölüb
Azərbaycan Ordusunun zabiti vəfat edib. ANS PRESS-in məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb.

Belə ki, hospitala yerləşdirilən, mayor 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Seyfəddin oğlu dünyasını dəyişib. Zərdab rayonundan xidmətə çağırılan hərbçinin ürək və ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.

Şərhlər