Hadisə

Azərbaycan ordusunun zabiti Cəfər Cəfərov şəhid olub

Leytenant Cəfər Cəfərov Tovuzun istiqamətində düşmən gülləsinə tuş gəlib.

· Xəbərçi
Azərbaycan ordusunun zabiti Cəfər Cəfərov şəhid olub
Azərbaycan Silahlı Qüvvələrinin zabiti şəhid olub. APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun baş leytenantı Cəfər İbrahim oğlu Cəfərov düşmən gülləsindən şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, C. Cəfərov Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılıb.

Şərhlər