Azərbaycan Ordusunun əsgəri yaralanıb
21 İyun 2010 Bazar Ertəsi 14:20
Bu, Lerikdən hərbi xidmətə çağırılan İlkin Hacıyevdir.
Ötən gün Ermənistanın silahlı birləşmələrinin bir qrupu gecə saat 01.45 radələrində Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hucuma keçməsi nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu, İlkin Hacıyevdir. O, Lerik rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. İlkin məlumata görə, əsgərin vəziyyəti orta ağırdır və o, hazırda hospitaldadır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab veriblər. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı Ordumuz da bir itki verib. 1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgərimiz Şükurov Elgün Rafiq oğlu şəhid olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: