Bu gün Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Mustafa Əliyev yaralanıb. Erməni hərbçilər Ağdamın işğal altında olan Baş Qərvənd kəndi istiqamətində saat 18 radələrində milli ordumuzun üzbəüz mövqelərini atəşə tutmağa başlayıb.
Düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun əsgəri Əliyev Mustafa Aslan oğlu çiynindən güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti orta ağırdır. Qeyd edək ki, Mustafa Əliyev Salyan Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. ANSPRESS
Azərbaycan Ordusunun əsgəri yaralanıb
Hospitala yerləşdirilən əsgərin vəziyyəti orta ağırdır




Şərhlər